Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 6-7 oktyabr tarixində Azərbaycanda işgüzar səfərdə olacaq.
APA xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Mirziyoyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçiriləcək növbəti Zirvə toplantısının tədbirlərində iştirak edəcək.