Çeçenistanın paytaxtı Qroznıda yeni hökumət kompleksi istifadəyə verilib.
Musavat.com xəbər verir ki, binalar vaynah üslubunda inşa olunub – üç əsas blok “yaşayış qalaları”, kənar hissələr isə “mühafizə qüllələri” formasında tərtib edilib.
Kompleksin mərkəzi binası 14 mərtəbədən, yan korpuslar isə 10 mərtəbədən ibarətdir. Ərazidə eyni zamanda min nəfərlik məscid də tikilib.
Ramzan Kadırov açılış mərasimində bildirib ki, indiyədək nazirlik və idarələr şəhərin müxtəlif yerlərində yerləşirdi, indi isə hökumət sədri, administrasiya, bütün vitse-premyerlər və 5 nazirlik bir mərkəzdə fəaliyyət göstərəcək:
“Bu, onların işini daha səmərəli, əlaqəli və vətəndaşlar üçün daha açıq edəcək,” – deyə Kadırov vurğulayıb.


