Ukraynanın Xarkov şəhərinin şimal-şərqində ardıcıl partlayışlar baş verib.
Axar.az xəbər verir ki, bu barədə “İctimai Xəbərlər” nəşri məlumat yayıb.
Bildirilib ki, 15 dəqiqə ərzində şəhərdə 14 partlayış səsi eşidilib.
Hazırda Xarkov, eləcə də Sum və Çerniqov vilayətlərində hava həyəcanı siqnalı elan edilib.