Meksika millisinin sabiq futbolçusu pedofiliyada ittiham olunaraq həbs edilib.
Sportal.az xəbər verir ki, “Qvadalaxara”nın və Meksika millisinin keçmiş hücumçusu Omar Bravo 4 oktyabr, şənbə günü yetkinlik yaşına çatmayan şəxsə qarşı ağırlaşdırıcı hallarla törədilmiş seksual zorakılıqda ittiham olunaraq saxlanılıb.
Xalisko prokurorluğunun məlumatına görə, sabiq futbolçu son aylar ərzində yeniyetmə qıza qarşı dəfələrlə zorakı hərəkətlər edib. Güman edilir ki, Bravo ilə bağlı bu cür hallar əvvəllər də baş verib.
TUDN-in məlumatına əsasən, keçmiş idmançı Puente-Qrande həbsxanasına aparılıb və onu məhkəmə gözləyir.
Bravo ən çox Meksika klubu “Qvadalaxara”da çıxışları ilə tanınır. O, bu komandanın heyətində ümumilikdə 10 ildən çox oynayıb. Meksika millisinin tərkibində isə 65 oyuna çıxaraq 15 qol vurub.
saytlarin hazirlanmasi