Bakı. Trend:
Həftəsonu Almaniyanın bir sıra əyalətlərini əhatə edən “Detlef”qasırğası ciddi fəsadlar yaradıb.
Trend xəbər verirki, Baden-Vürttemberq əyalətində ağacın mikroavtobusun üzərinəaşması nəticəsində iki nəfər ağır xəsarət alıb.
Raynland-Pfalts əyalətində isə güclü külək bir nəfərin xəsarətalmasına səbəb olub. Şimali Reyn-Vestfaliya əyalətində də ağaclarınaşması sakinlər üçün çətinliklər yaradıb.
Qasırğa Şimal dənizi sahillərində suyun səviyyəsinin kəskinyüksəlməsinə səbəb olub və daşqın təhlükəsi barədə xəbərdarlıqedilib. Hamburgda Elba çayının sahilində bəzi ərazilər su altındaqalıb, güclü külək suyu şəhərin mərkəzinə doğru yönəldib.Şlezviq-Holştayn əyalətində isə gəmilərin hərəkətində ciddiçətinliklər yaranıb, bəzi reyslər tamamilə ləğv olunub. Şimaldənizi adalarında bir sıra çimərliklərdə qum və torpaq kütlələrininyuyulması nəticəsində bir neçə metrlik uçqunlar meydana çıxıb.
Qasırğanın bazar ertəsi zəifləyəcəyi bildirilir.