Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Pep Qvardiola yeni rekordunu şərh edib. Belə ki, “Brentford” üzərində 1:0 hesablı qələbə ispan mütəxəssisin “Mançester Siti” ilə Premyer Liqada qazandığı 250-ci qələbə olub.
Sportal.az xəbər verir ki, Qvardiola bu göstəriciyə turnirin tarixində digər bütün məşqçilərdən daha tez – 349 oyuna çatıb.
Pep bu nəticə ilə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonu qabaqlayıb. Şotlandiyalı mütəxəssisə bu rəqəmə çatmaq üçün 404 oyun lazım olub.
“Qabaqladığım bütün məşqçiləri şam yeməyinə dəvət edəcəyəm. Onlarla eyni sırada olmaq mənim üçün böyük şərəfdir. Artıq 10 mövsümdür işləyirəm, 250 qələbə – bu çoxdur. Rekordu qırdığımı bilmirdim, amma xoş hissdir,” – deyə “şəhərlilər”in baş məşqçisi bildirib.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.