AZ

Vuçiç vaxtından əvvəl prezidentlikdən gedə bilər

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonunda səlahiyyət müddətinin vaxtından əvvəl başa çatması, parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsinin mümkünlüyünü təklif edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Serbiya lideri yerli televiziya kanalına açıqlamasında deyib.

"Rəsmi olaraq mandatıma daha bir il yarım qalıb, lakin bu, yəqin ki, daha qısa olacaq", - Vuçiç qeyd edib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir:

"Çox güman ki, biz həm prezident, həm də parlament seçkilərini eyni vaxtda keçirəcəyik. 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl olacağını gözləyirəm".

Prezident yeni namizədlik naminə konstitusiyaya düzəlişlər etmək fikrində olmadığını vurğulayıb:

"Biz Konstitusiyaya dəyişiklik etmək istəmirik və mən yenidən prezidentliyə namizədliyimi irəli sürmək fikrində deyiləm".

Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə seçilib. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
3
axar.az

5Mənbələr