ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Suriya Prezidenti Əhməd Şara ölkədə rəsmi və dini bayram günlərini əhatə edən yeni tətil siyahısını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, qərara əsasən, Ramazan bayramı üçün 3 gün, Qurban bayramı üçün isə 4 gün rəsmi tətil elan olunub.
Bundan başqa, Hicri yeni ili, Mövlud, Miladi Yeni il, Analar Günü, İşçi Bayramı, Pasxa, Qurtuluş Günü və Suriya İnqilabı Günü birgünlük tətil kimi qeyd ediləcək.
Eyni zamanda, 6 May – Şəhidlər Günü və 6 oktyabr 1973-cü il müharibəsinin ildönümü rəsmi tətil siyahısından çıxarılıb.
Dini bayramların dəqiq tarixləri isə hər il ayrıca rəsmi bildirişlə elan ediləcək.
Aysel Əliyeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.