AZ

Meksika millisinin sabiq hücumçusu cinsi zorakılıqda ittiham edilərək həbs olundu

Meksika millisinin və “Qvadalaxara” klubunun keçmiş futbolçusu Omar Bravo azyaşlı qıza qarşı ağırlaşdırılmış şəraitdə cinsi zorakılıqda ittiham edilərək həbs edilib.

İdman.biz xəbər verir ki, hadisə oktyabrın 4-də baş verib.

Yerli prokurorluğun məlumatına görə, keçmiş futbolçu son aylar ərzində yeniyetmə qıza qarşı dəfələrlə zorakı hərəkətlər edib. Ehtimallara əsasən, bu, onun ilk belə hərəkəti deyil.

Bravo artıq Puente-Qrande həbsxanasına yerləşdirilib və yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Omar Bravo daha çox Meksika “Qvadalaxara”sındakı çıxışı ilə tanınıb. O, bu klubda ümumilikdə 10 ildən çox oynayıb. Meksika millisində 65 oyuna çıxan futbolçu 15 qol vurub.

İdman.biz

Seçilən
27
idman.biz

1Mənbələr