AZ

Rusiyalı nevroloq xroniki stresin gizli əlamətlərini sadalayıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Federal Tibbi-Biologiya Agentliyinin nevroloqu Yuliya Varlamova xroniki stresin gizli əlamətlərini sadalayıb.

Oxu.Az bildirir ki, həkim bu barədə "Lenta.ru" ilə söhbətində məlumat verib.

Onun sözlərinə görə, xüsusilə, xroniki stres mədə-bağırsaq pozuntuları ilə özünü göstərə bilər:

"Ürəkbulanma, qıcqırma və ya irritabl bağırsaq sindromu kimi. Bundan əlavə, şiddətli sinir gərginliyi davamlı soyuqlama xəstəliyi, saç tökülməsi, dərinin vəziyyətinin qəfil pisləşməsi, kompulsiv həddindən artıq yemək və qacetlərdən asılılıq halında istifadəsi kimi problemlərə səbəb ola bilər".

Həkim qeyd edib ki, bu simptomlar həmişə stres əlaməti kimi qəbul edilmir. Onlar daha çox yorğunluq və ya qidalanmada səhvliklər kimi qiymətləndirilir, halbuki əslində onların əsas səbəbkarı məhz sinir gərginliyi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
oxu.az

1Mənbələr