AZ

ABŞ dekabrda yeni nüvə sualtı qayığının tikintisinə başlayacaq

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp “Virciniya” sinfinə aid yeni nüvə sualtı qayığının tikintisinə başlanılacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə o, Virciniya ştatının Norfolk şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik Donanmasının əsas bazasında çıxışı zamanı deyib.

Qeyd edib ki, dekabrda “Virciniya” sinfinə aid yeni sualtı qayığın təməli qoyulacaq.

Pentaqonun mətbuat xidmətinin cari ilin iyun ayında yaydığı bəyanata görə, ABŞ hökuməti nüvə sualtı qayıqlarının inşası imkanlarının genişləndirilməsi və modernləşdirilməsini sürətləndirmək üçün “Electric Boat”a 987 milyon dollar ayırıb.

Seçilən
15
5
azertag.az

6Mənbələr