Bakı. Trend:
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ciilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti troya unsiyasıüçün 3 949 dollardan yuxarı qalxaraq bütün zamanların ən yüksəkhəddinə çatıb.
Trend xəbər verirki, bu barədə ticarət platformasının məlumatlarında qeydolunur.
Bakı vaxtı ilə saat 05:02-yə olan göstəriciyə əsasən, qiymətlimetalın dəyəri 1 troya unsiyası üçün 3 950 dollar olub (0,97%artım). Beş dəqiqə sonra, saat 05:07-də qiymət 3 948,2 dollaraqədər azalıb (0,92% artım).