AZ

Rubio Respublikaçıların prezidentliyə gələcək namizədini açıqladı

ABŞ dövlət katibi Marko Rubio Respublikaçılar Partiyasının növbəti prezidentliyə namizədini açıqlayıb. Musavat.com xəbər verir ki, bunu o, Fox News-a müsahibəsində edib.

Söhbət zamanı aparıcı bildirib ki, bir neçə mənbəyə görə, ABŞ prezidenti Donald Tramp Rubionu onun MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatının mümkün varisi kimi irəli sürüb. Bununla bağlı Rubiodan Tramp istəsə, 2028-ci ildə prezidentliyə namizəd olub-olmayacağı soruşulub. Lakin ABŞ dövlət katibinin sözlərinə görə, hərəkata başqa şəxs rəhbərlik edəcək: "Mən inanıram ki, növbəti Respublikaçı namizəd namizəd olmaq qərarına gəlsə, vitse-prezident olacaq. O, mənim yaxşı dostumdur və əla işləyir”.

O, həmçinin əlavə edib ki, onların əla komandası var və hamısı prezident üçün çalışır.

Sualdan əvvəl aparıcı qeyd edib ki, bir neçə mənbəyə görə, Rubionun işi xarici siyasətdir. Lakin daxili siyasətdə elə bir sahə yoxdur ki, o, konkret biliyə və ya düzgün məsləhət vermək bacarığına malik olmasın. Bu səbəblə dövlət katibi öz fəaliyyəti və Trampı fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib: "Gəlin məsələni dəqiqləşdirək:Prezidentin işi ilə mənim işim insanların bəzən çaşdırdıqları şeylərdir. Bizim işimiz prezidentin gündəliyini həyata keçirməkdir. Məsləhət verə bilərikmi? İdeyalar təklif edə bilərikmi? Bəli. Amma son nəticədə o (Tramp - red.) Amerika xalqının seçdiyi adamdır".

 

Musavat.com

Seçilən
8
9
musavat.com

10Mənbələr