AZ

Fransada Ansu Fati rüzgarı əsir

Fransa Liqa 1-də bombardirlər siyahısına “Monako”nun futbolçusu Ansu Fati başçılıq edir. 

Fanat.Az xəbər verir ki, "Barselona"dan icarəyə götürülmüş vinger ötən gün "Nitsa" ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda hər ikisi penaltidən olmaqla, dubl edib. 

Yeddi turdan sonra "Strasburq"lu Xoakin Paniçelli ilə sonra liqanın bombardiri titulunu bölüşən ispaniyalının Fransa çempionatında hesabında 5 qol var. 

Qeyd edək ki, 22 yaşlı futbolçu cəmi bir dəfə - "Nitsa" ilə son matçda - 90 dəqiqə meydanda olub.  

“Monako” Ansu Fatini mövsümün sonuna qədər “Barselona”dan satın alma variantı ilə icarəyə götürüb.

Seçilən
61
1
fanat.az

2Mənbələr