AZ

“Sevilya” “Barselona”nı darmadağın edib

İspaniya La Liqasının 8-ci turunda “Sevilya” doğma meydanda “Barselona” üzərində inamlı qələbə qazanıb – 4:1.

Oyun “Ramon Sançes Pisxuan” stadionunda keçirilib. 13-cü dəqiqədə Aleksis Sançes penaltidən hesabı açıb, 37-ci dəqiqədə İsaak Romero fərqi iki topa çatdırıb.

“Barselona”nın hücumçusu Markus Reşford fasiləyə az qalmış bir qolla hesabı azaltsa da, ikinci hissədə “Sevilya” üstünlüyünü qoruyub. Robert Levandovski 74-cü dəqiqədə penaltidən yararlana bilməyib.

Matçın son dəqiqələrində Xose Anxel Karmona (90-cı dəqiqə) və Akor Adams (90+6) komandalarına daha iki qol qazandıraraq yekun nəticəni müəyyənləşdiriblər.

Bu qələbə ilə “Sevilya” turnir cədvəlində altıncı pilləyə yüksəlib, “Barselona” isə liderdən dörd xal geridə qalaraq dördüncü yerdədir.

N.Təbrizli

Seçilən
15
10
anews.az

10Mənbələr