AZ

Payızda mədə problemləri artır: həkimlər xəbərdarlıq edir

Qastroenteroloq Abdulxakov: Payızda mədə yanması və reflü halları artır.

E-saglam.az xəbər verir ki, qastroenteroloq, tibb elmləri doktoru Səyyar Abdulxakov bildirib ki, payız fəsli yalnız soyuqdəymə deyil, həm də mədə-bağırsaq (GI) problemlərinin artması ilə müşahidə olunur. Lenta.ru-ya verdiyi müsahibəsində həkim, bu mövsümdə mədə xəstəliklərinin niyə daha çox yayıldığını və ilk əlamətlərin nələr olduğunu açıqlayıb.

Abdulxakovun sözlərinə görə, payızda temperatur, rütubət və atmosfer təzyiqindəki dəyişikliklər avtonom sinir sisteminə təsir göstərərək mədə-bağırsaq traktının fəaliyyətində pozğunluqlara səbəb ola bilər:

“Bu dəyişikliklər bağırsaq hərəkətliliyini azalda və ya artıra bilər, nəticədə bəzi xroniki mədə-bağırsaq xəstəlikləri kəskinləşir,” – deyə o izah edib.

Mütəxəssis xəbərdarlıq edib ki, xüsusilə qastroezofageal reflü xəstəliyi (GERD) payızda daha çox müşahidə olunur. Bu xəstəlik zamanı mədədəki turşu özofagusa keçərək mədə yanması, turş dad, quru öskürək, boğazda yanğı və səsdə xırıltı kimi əlamətlərlə özünü göstərə bilər.

Həkim əlavə edib ki, payızda insanlar soyuqdəymə və ağrıları aradan qaldırmaq üçün çox zaman nəzarətsiz şəkildə qeyri-steroid iltihabəleyhinə dərmanlar (QSİƏP) qəbul edirlər. Bu dərmanların isə mədə və bağırsaq selikli qişasına zərər vermə riski yüksəkdir:

“Bu dərmanlar mədəni qoruyan təbii selik ifrazını azaldır. Nəticədə mədə turşusu və öd qişanı zədələyir, eroziya və xoralar əmələ gətirir,” – deyə Abdulxakov xəbərdarlıq edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr