Çexiya U-21 millisinin Avro-2027 seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Çexlər oktyabrın 10-da Azərbaycanla, oktyabrın 14-də isə Bolqarıstanla qarşllaşacaq.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Mixal Bilek komandaya 23 futbolçu cəlb edib.
O, Çexiya Futbol Federasiyasının saytına müsahibəsində Azərbaycan yığması ilə oyun barədə fikirlərini də bölüşüb:
“Bizim Azərbaycanla oyunumuz olacaq. Onlar Portuqaliyaya yalnız ikinci hissədə qol buraxdılar.
Təcrübəli futbolçuları var və çox müdafiə olunacaqlar. Biz isə maksimum dərəcədə diqqətli və toplu olmalıyıq”.