AZ

Qəzzada dəhşət: aclıqdan ölənlərin sayı 460 a çatıb

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son 24 saat ərzində İsrail qüvvələrinin hərəkətləri nəticəsində ən azı 65 fələstinli həlak olub, daha 153 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, münaqişə nəticəsində həlak olan qəzzalıların ümumi sayı 67 139 nəfərə çatıb, 170 000-ə yaxın yaralı var.

Səhiyyə Nazirliyi onu da vurğulayıb ki, son 24 saat ərzində daha bir aclıqdan ölüm halı qeydə alınıb. Odur ki, aclıq və qida çatışmazlığının yaratdığı fəsadlar nəticəsində ölənlərin ümumi sayı 460-a çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
globalinfo.az

3Mənbələr