AZ

Bakı həftənin ilk gününə tıxacla başladı - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlmat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

10. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
63
49
news24.az

10Mənbələr