AZ

Dünya qızıl bazarında tarixi rekord qeydə alındı

Dünya bazarında qızılın unsiyasının qiyməti 3 949 dolları ötərək növbəti tarixi rekordu müəyyən edib.

NOCOMMENT.az  xəbər verir ki, sonradan qiymətli metalın qiyməti bir qədər ucuzlaşaraq 3947 dollar ətrafında sabitləşib.

Bakı vaxtı ilə saat 06:02-yə olan məlumata görə, qızılın qiyməti 1 troy unsiyası üçün 3950 dollar təşkil edib (0,97% artıb). 10 dəqiqə sonra qızılın qiyməti bir unsiya üçün 3 947,4 dollara qədər azalıb (0,9% artıb).

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən idxal rüsumlarının tətbiqindən sonra qızılın qiyməti 3080 dollar səviyyəsinə yüksəlmişdi.

Seçilən
22
4
nocomment.az

6Mənbələr