AZ

Britaniyada 22 yaşlı futbolçu qəfil ürək dayanması nəticəsində ölüb

İngiltərənin yarıpeşəkar “Heşteq Yunayted” klubunun 22 yaşlı Raman Sidxu ürək dayanması səbəbi ilə həyatını itirib.

İdman.biz xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Klubun açıqlamasında bildirilir ki, həkimlərin iki saata yaxın davam edən səylərinə baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

“Biz Ramanın ailəsinə, klub yoldaşlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk”, - klubun bəyanatında qeyd olunub.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr