AZ

Möhyəddin Orucov kassasiya şikayəti verdi

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.


Qeyd: "İşçi Masa"sının üzvü M.Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.


Xatırlatma: M.Orucov bundan əvvəl 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası alıb.
 

Kamal Məmmədov 

Tarix: 6 Oktyabr 2025, 09:30   
Seçilən
9
4
pravda.az

5Mənbələr