AZ

“Mida 2” yaşayış kompleksində su borusu partladı Ərazini su basdı

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hövsan qəsəbəsi "Mida-2" yaşayış kompleksində su borusu partlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, artıq iki gündən bir eyni problem təkrarlanır. Boruların partlaması nəticəsində ərazi su altında qalır. Piyadalar və avtomobillər üçün hərəkət çətinləşib.

Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemlə ciddi məşğul olan yoxdur.

"Boru müvəqqəti düzəldilir, lakin 2-3 gün keçməmiş yenidən xətdə qəza olur", deyə şikayətşi vurğulayıb.

Ərazidən kadrları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
baku.ws

1Mənbələr