Cari ilin ötən dövrü ərzində respublika ərazisində 196 nəqliyyat vasitəsində yanğın hadisəsi qeydə alınıb.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, araşdırmalar nəticəsində sözügedən yanğınların, əsasən texniki nasazlıq, birbaşa insan faktorunun təsiri və qəza hadisələri nəticəsində baş verməsi məlum olub.
Xatırladaq ki, ən son olaraq nəqliyyat vasitəsində yanğın hadisəsi sentyabrın 29-u Sumqayıt şəhərində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 2 saylı müntəzəm marşrut xəttinə aid "İsuzu Citibus" markalı avtobusa ciddi ziyan dəyib.