AZ

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

Bakı. Trend:

Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclaskeçirilib.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm vədini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziriEmin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə, Elm və Təhsil Nazirliyinin müvafiq strukturbölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorlarıiştirak ediblər.

İclasda “Elm və ali təhsil ekosisteminin gücləndirilməsi”mövzusunda təqdimat edilib. Təqdimatda 2022–2025-ci illərdə elm vəali təhsil sahəsində əldə olunan nəticələr və 2030-cu ilə qədərnəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Müzakirələr zamanı ali təhsilin əhatəliliyinin və əlçatanlığınınartırılması, məzmun və keyfiyyət göstəricilərininmüasirləşdirilməsi, beynəlxalq rəqabətlilik və mobilliyingücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və alitəhsilin inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi vəmaliyyə dayanıqlılığının təmin edilməsi kimi prioritetlər diqqətəçatdırılıb.

Bununla yanaşı, ali təhsil müəssisələrinin strateji inkişafplanlarının ölkənin sosial-iqtisadi hədəflərinə uyğunlaşdırılması,universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarınıngenişləndirilməsi və nəticə əsaslı elmi tədqiqatlarınstimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.

İştirakçılar qarşıdakı dövr üçün prioritetlərinmüəyyənləşdirilməsi, müasir tələblərə cavab verən ali təhsilekosisteminin formalaşdırılması və elmin cəmiyyətin inkişafındakırolunun daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsiaparıblar.

Seçilən
8
30
az.trend.az

10Mənbələr