AZ

Anri: "Qarabağ" çox sadə oynayır, lakin bunu inanılmaz dərəcədə effektiv edir"

CBS Sports telekanalında Çempionlar Liqasının ikinci turunu şərh edən ekspert Tyeri Henri “Qarabağ”ın Bakıda “Kopenhagen” üzərində 2:0 hesablı qələbəsini də qeyd edib. 

Sportal.az xəbər verir ki, fransız sabiq məşqçi Azərbaycan çempionunun Danimarka klubuna qalibiyyəti haqda bunları deyib:

"Qarabağ" yenə qalib gəldi. Onlara layiq olduğu tərifi etmək lazımdır. "Qarabağ" çox sadə oynayır, lakin bunu inanılmaz dərəcədə effektiv edir. Sürətli ötürmələr və cinahlardan müntəzəm hücumlar rəqibi çətin vəziyyətə salır. Onları dayandırmaq üçün yüksək səviyyəli komanda olmalısan. Futbol mahiyyətcə sadə bir oyundur, lakin sadəcə oynamaq ən çətin hissədir. “Qarabağ” bu sahədə üstündür".

 

saytlarin hazirlanmasi

Seçilən
1
1
sportal.az

2Mənbələr