AZ

Rubio Trampdan sonra kimin ABŞ prezidenti ola biləcəyinə açıqlayıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə növbəti namizəd vitse-prezident Cey Di Vens ola bilər...

Poliqon xəbər verir ki, bbunu ABŞ dövlət katibi Marko Rubio Fox News-a müsahibəsində deyib.

Aparıcı Rubiodan 2028-ci ildə prezidentliyə namizəd olub-olmayacağını soruşub. Lakin dövlət katibi cavab veribki, əgər istəsə, Vens namizəd olacaq.

"Respublikaçıların növbəti namizədi, inanıram ki, namizəd olmaq qərarına gəlsə, vitse-prezident Vens olacaq. O, mənim yaxşı dostumdur və əla iş görür", deyə Rubio qeyd edib.

Rubio böyük komandaya sahib olduqlarını və hamının prezident üçün çalışdığını vurğulayıb. Dövlət katibi prezidentin və onun komandasının işini nəyin fərqləndirdiyini izah edib:

"Prezidentin işi və bizim işimiz insanların bəzən çaşdırdığı şeylərdir. Bizim işimiz prezidentin gündəliyini həyata keçirməkdir. Məsləhət verə bilərikmi? İdeya verə bilərikmi? Bəli. Amma son nəticədə o, amerikalıların seçdiyi şəxsdir"

Poliqon.info

Seçilən
7
9
poliqon.info

10Mənbələr