AZ

22 yaşlı futbolçunun ürəyi dayandı - FOTO

İngiltərənin yarımpeşəkar "Heşteq Yunayted" klubunun gənc futbolçusu Raman Sidhu 22 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, klub hadisə ilə bağlı rəsmi açıqlama* yayıb.

Bildirilib ki, oyunçu ürək dayanması nəticəsində həyatını itirib.

"İki saatdan çox fasiləsiz çalışan xilasedicilərin bütün səylərinə baxmayaraq, Ramanın həyatını xilas etmək mümkün olmadı. Onun ailəsinə, dostlarına və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk", - klubun bəyanatında qeyd olunub.

Qeyd edək ki, gənc futbolçunun qəfil ölümü İngiltərə futbol ictimaiyyətində böyük sarsıntı yaradıb. Sosial şəbəkələrdə yüzlərlə azarkeş onun xatirəsini anıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
36
milli.az

1Mənbələr