AZ

Möhyəddin Orucov kassasiya şikayəti verib

Möhyəddin

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.

Qeyd edək ki, "İşçi Masa"sının üzvü M.Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, M.Orucov bundan əvvəl 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası alıb.
Seçilən
5
4
reyting.az

5Mənbələr