Olaylar.az xəbər verir ki, məsələ barədə "Hindustan Times" nəşri məlumat yayıb.
Gözlənilir ki, bu müqavilə dekabr ayında Hindistana planlaşdırılan Vladimir Putinin səfəri ərəfəsində yekunlaşacaq.
Mütəxəssislər hesab edirlər ki, bu razılaşma həm Moskvanın Cənubi Asiyada mövqeyini gücləndirəcək, həm də Hindistanın hava hücumundan müdafiə sistemlərini yeni mərhələyə qaldıracaq.
Alqı-satqının detalları hələlik açıqlanmasa da, sövdələşmə Qərb dövlətlərinin diqqətini çəkə bilər, çünki Vaşinqton daha əvvəl Hindistanı Rusiyadan silah tədarükünə görə sanksiyalarla hədələyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31