AZ

Əliyev-Paşinyan görüşünə şərhlər: "Qoy həmişə sülh olsun..."

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İlham Əliyev və Nikol Paşinyan oktyabrın 2-də Danimarkada görüşüblər.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Onlar iki ölkə arasında sülhü möhkəmləndirmək və nəqliyyat əlaqələri barədə danışıblar.

Həm ermənilər, həm də azərbaycanlılar iki liderin görüşü barədə sosial mediada videomuza şərhlər yazıblar.

"Qoy həmişə sülh olsun və qonşularımızla əmin-amanlıqda yaşayaq… bəsdir müharibə", – Armine adlı istifadəçi yazıb.

Başqa bir istifadəçi isə yazıb ki, "Mən hər gün əmin oluram ki, siz böyük lidersiniz, cənab Paşinyan."

Ancaq onu tənqid edənlər də az deyil.

Bir istifadəçi Paşinyana müraciət edərək deyir: "Belə cəsarətin varsa, Əliyevdən niyə Zəngəzur dəhlizi ifadəsini hər yerdə istifadə etdiyini soruşmursan, niyə erməniləri hələ də düşmən görürsən?"

Asəf adlı istifadəçi yazır ki, "Bəs edər müharibələr, hər iki tərəfin gəncləri yaşasın, amma Rusiyasız Qafqazda. Ehtiyatı əldən verməmək şərtiylə."

"Sülh vacibdir, yoxsa şəhidlərimiz, qazilərimiz çox olar", – başqa bir azərbaycanlı istifadəçi yazır.

Əksər azərbaycanlı istifadəçilər sülh olsun deyə şərhlər yazıblar.

Biri isə kinayə ilə yazır: "Bəlkə Paşinyan Azərbaycanın quru yollarını da aça."

İlham Əliyev və Nikol Paşinyan Danimarkaya Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısına qatılmaq üçün gediblər.

2022-ci ildən, qurumun yarandığı gündən bəri, Əliyevlə Paşinyan Birliyin zirvə toplanrtılarında görüşüblər.

Video açılmırsa, YouTube-da izləyin.

Seçilən
60
bbc.com

1Mənbələr