AZ

Türkiyə nüvə silahı əldə edib? Sensasion detallar

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Türkiyənin nüvə proqramı və ya ABŞ (əslində, İsrail) nə istəyir...

Xatırlayırsınızsa, keçən seçkidə Ərdoğanın qələbəsi şübhə altına düşərsə, nüvə proqramını (əllərində nüvə silahı olduğunu) açıqlayacağını bildirmişdim. Ötən seçkidə lazım olmadı, ancaq növbəti seçkidə görünür ki, lazım olacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev bildirib.

“Bu düşüncəni dəstəkləyən səbəblər hansılardır?

1. Türkiyə Pakistandan nüvə silahı texnologiyasını əldə edib. Bütün bunlar Almaniya və ABŞ kəşfiyyatına məlumdur.

2. İncirlik bazasında saxlanılan 200-ə qədər nüvə başlığı ikili kilidlə (1 açar ABŞ (NATO), 1 açar Türkiyədə) prinsipi ilə saxlanılır. Təhlükə anında Türkiyə onları ələ keçirə bilər. Deyilənə görə, ələ keçirdikləri var.

3. Türkiyənin gizli nüvə proqramı. İranın, Səudiyyə Ərəbistanının, Misirin, hətta BƏƏ-nin nüvə proqramı olduğu halda, Türkiyənin belə proqramı olmadığını düşünmək ağıllı əlamət olmazdı.

4. Rusiya ilə əlaqələr. İkiqütblü dünyada yerini qoruya bilməyən Rusiya, təkqüyblü Amerika hegoniyasındansa çoxqütblü dünyanı üstün tutur. Ona görə də nüvə proqramını (istər sivil, istər hərbi) sağa-sola dağıdır. Arada həm də yeni biznesdən yaxşıca qazanır.

Bildiyiniz kimi Türkiyənin ilk nüvə elektrik stansiyası Mersində Rusiya ilə əməkdaşlıq çərçivəsində tikilir. Planlandığı kimi alınsa, ilk blok bu il, digər üçü də 2028-də fəaliyyətə başlayacaq. Tam potensialı ilə işləsə, stansiya Türkiyənin elektrik ehtiyacının 10%-ni qarşılayacaq. Bu, çox möhtəşəm göstəricidir. Eyni zamanda Sinop və Qırxlarelində də nüvə elektrik stansiyaları qurulmasına dair işlərin başlandığı bildirilir. Bəs necə olur ki, nüvə elektrik stansiyalarını Rusiya ilə tikən Türkiyə ABŞ ilə mülki nüvə əməkdaşlıq müqaviləsi imzalayır? Bu anlaşma nəyi hədəfləyir?!

Müqavilə desək də, hələ ki, bu sənəd ancaq memorandum səviyyəsindədir. Yəni hələ məcburi öhdəlik daşımır. Detallar bəlli olmasa da, ümumilikdə “Yeni nüvə elektrik stansiyaları layihələrində ABŞ texnologiyasının istifadəsi, SMR inteqrasiyası, nüvə yanacağı tədarükü və saxlanma və personal mübadiləsini” əhatə edir. Son günlərdə Prezident Ərdoğanın İranın uranın zənginləşdirilməsi prosesində yer alan bir çox şəxsin əmlakının dondurulunması ilə bağlı sərəncamı hadisələrin inkişaf istiqamətlərini daha aydın ortaya çıxarır. ABŞ Türkiyənin nüvə fəaliyyətini uzunmüddətli dövrdə idarə etmək və yaxud öz varlığını hiss etdirmək üçün bu mövzunu müzakirəyə çıxardı.

Gəlin daha əvvəl də toxunduğumuz İranın nüvə sərgüzəştlərinə bir göz ataq. Atom elektrik stansiyasında elektrik istehsal etmək üçün uranın 3-5% səviyyədə zənginləşdirilməsi kifayət edir. Nüvə silahı əldə etmək üçün isə 90% zənginləşdirilmə tələb olunur. Dünyada uranın 20%-in üzərində zənginləşdirilməsi artıq mülki istifadədən kənara çıxmaq kimi qəbul edilir. Uranın 60%-ə qədər zənginləşdirilməsi daha çətindir və uzun müddət tələb edir, bu mərhələyə nüvə dünyasında “uzun addım” deyilir. 60%-dən 90%-ə çıxmaq isə daha qısa müddətdə baş verə bilər, elə ona görə də bu mərhələyə “qısa addım” deyirlər. Türkiyədə hələ heç 3-5% zənginləşdirilmiş uranla çalışacaq elektrik stansiyası da hazır deyil, amma ABŞ (daha doğrusu, regiondakı maraqları nəzərə alınan İsrail) Türkiyənin nüvə araşdırmalarında iştirakının olmasını, əslində isə potensial Rusiya-Türkiyə əməkdaşlığının bu sahədə inkişaf etməsinə nəzarət edib, qarşısını almaq istəyir. Bəlkə də Türkiyə 10-15 il sonra Rusiyanın iştirakı ilə nüvə silahına sahibi olduğunu elan etmək istəyəcəksə, bunun indidən yolunu kəsmək istəyir.

Ənənəvi olaraq, İsrailin dövlət stategiyası təhlükə baş vermədən təhlükəni zərərsizləşdirmək üzərində qurulub. ABŞ-ın regional siyasətinin də İsrailin təhlükəsizliyi üzərinə qurulduğunu nəzərə alsaq, ABŞ-ın bu prosesdə aktiv iştirak etmək səbəbi bəlli olur. Tramp bu prosesdə Türkiyə dəstəkçisi kimi görünsə də, Türkiyəni, Türkiyənin rolunu və şəxsən Ərdoğanı tərif yağışına tutsa da, məqsəd bəllidir. Obama-Bayden xəttinin Rusiyaya tərəf itələdiyi Türkiyəyə “dostunu yaxın tut, düşmənini daha da yaxın” prinsipi ilə davranır.

Türkiyə tam olaraq dost deyil, amma düşmən olmağı çox təhlükəlidir.

Hələ bir də nüvə dövləti olarsa...” – o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
4
axar.az

5Mənbələr