Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin sentyabr ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin sentyabrında 574.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-ci il sentyabr – 566.5 milyon ABŞ dolları) 2025-ci ilin sentyabr ayında ixrac olunan məhsulların dəyəri təxminən iki dəfə artıb.
Beləliklə, cari ilin yanvar-sentyabr ayları (9 ay) ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 5.9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.