Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Vladimir Putin bildirib ki, Ukraynaya "Tomaqavk" raketlərinin tədarükü ABŞ-Rusiya münasibətlərində yaranmış müsbət tendensiyanın "məhv edilməsinə gətirib çıxaracaq. Rusiya Prezidentinin fikrincə, belə bir tədarük ABŞ-nin Ukraynanın hava əməliyyatlarında iştirakçıya çevirəcək.
Məlumatda deyilir ki, Putin ABŞ-nin qərar qəbul etməsinə təsir etmək üçün təhdidlərdən tutmuş raketlərin faydalılığını azaltmağa kimi müxtəlif yanaşmalara cəhd edir.
ISW hesab edir ki, 2500 kilometrlik "Tomahaqk" versiyasının əhatə dairəsində ən azı 1945 Rusiya hərbi hədəfi var. 1600 kilometrlik versiyasında isə bu rəqəm 1655-dir:
"Ukrayna Rusiya ordusunun əməliyyatlarını davamlı dəstəkləyən sahələri hədəf alaraq Moskvanın arxa xəttindəki imkanlarını əhəmiyyətli dərəcədə zəiflədə bilər".
Paytaxt Moskva da bu raketin əhatə dairəsindədir. Amerikalı analitiklər sözügedən silah "Putinin kabusu" adlandırıblar.
Həmçinin ABŞ institutu qeyd edib ki, Ukrayna özünün 3000 kilometr mənzilli və 1150 kiloqramlıq döyüş başlığına malik FP-5 "Flaminqo" qanadlı raketinin kütləvi istehsalına başlayıb.