İqtisadçı alimlərin hesablamalarına görə, "iqlimflyasiya" növbəti onillikdə, yəni 2035-ci ilə qədər ərzaq inflyasiyasını 0,9-3 faiz bəndi sürətləndirə bilər. Qlobal miqyasda orta illik inflyasiya 0,3-1,2 faiz bənd, ümumi inflyasiya isə illik 12,3 faiz bənd sürətlənə bilər.
Hər hansı bir ölkədə temperatur anomaliyalarının nəticələri onun sərhədləri daxilində artıq məhdudlaşmır, əmtəə bazarları vasitəsilə beynəlxalq bazarlara ötürülür.
Əgər əmtəə ixrac edən ölkələrdə temperatur şokları baş verərsə, bunun nəticələri qlobal xarakter daşıyır, çünki digər iqtisadiyyatlar daha yüksək inflyasiya "idxal edir" və bu qiymət təzyiqi daxili qiymətlərə ötürülür.
İqlim risklərinin ekoloji problemdən makroiqtisadi risklərə çevrilməsi, qiymət sabitliyini pozması makro-iqtisadi siyasətdə nəzərə alınması vacib olan amilə çevrilməkdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31