AZ

Tramp yenə Baydeni hədəfə aldı: Gərək onun kimi olmayım

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni pilləkənləri enə bilmədiyinə görə tənqid edib.

Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu sözləri Virciniya ştatında keçirilən paradda çıxışı zamanı deyib.

“Nə baş verdiyindən xəbəri olmayan dəhşətli bir prezidentimiz var idi. Onun pilləkənlərdən düşmək şansı az idi. Ehtiyatlı olmalıyam, çünki yəqin ki, nə vaxtsa yıxılacağam. Həmişə özümə deyirəm ki, o pilləkənləri yavaş-yavaş və ehtiyatla en. Diqqət yetirdinizmi, belə də edirəm”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden dəfələrlə büdrəyib.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
globalinfo.az

3Mənbələr