AZ

Paşinyan “səfərbərliyə” start verdi: 2 aydan sonra yürüş olacaq

Ermənistan Baş naziri Nikol Paşinyan kilsə ilə bağlı planını işə salacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "ArmLur" məlumat yayıb.

"Baş nazir Nikol Paşinyan bu ilin dekabr ayına qədər Müqəddəs Eçmiədzinin Ana taxtına simvolik yürüş keçirmək niyyətindədir. Məqsədi bütün ermənilərin katolikosu II Qareginin uzaqlaşdırılmasıdır.

Bu dəfə Paşinyan birbaşa və ya dolayı yolla bəzi din xadimlərini ona qoşulmağa və hətta katolikosun devrilməsi üçün yürüşə rəhbərlik etməyə sövq edir", - deyə bildirilib.

Məlumata görə, Quqarts yeparxiyasından olan üç din xadimi artıq baş naziri dəstəklədiklərini bildiriblər: 

"Bunlar Aram ata, Tade ata və Taron Hunanyan atadır. Onların iştirakı ilə Paşinyan göstərməyə çalışır ki, onun təşəbbüsü kilsə dairələrində də məqbuldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
1
olaylar.az

2Mənbələr