AZ

Qırmızı işığa məhəl qoymadı, ağır qəzaya səbəb oldu – Anbaan video

Paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bu qəzanın qarşısını almaq üçün sadəcə işıqforun qırmızı işığında dayanmaq kifayət idi:

“Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır.

Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur.

Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir”.

Seçilən
20
35
konkret.az

10Mənbələr