AZ

Macarıstanın Baş naziri Azərbaycana gəlir

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

Səfər zamanı Macarıstanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqlar aparacaq.

XXX

Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 6-7 oktyabr tarixində Azərbaycanda işgüzar səfərdə olacaq.

Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb

Mirziyoyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçiriləcək növbəti Zirvə toplantısının tədbirlərində iştirak edəcək.

“Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi ilə bağlı cari məsələlər daxildir.

Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətlərinin başçıları beynəlxalq siyasətin əsas aspektləri üzrə də fikir mübadiləsi aparacaqlar.

Sammitin yekunları üzrə Təşkilatın üzvü olan ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş bir sıra birgə qərarların və sənədlərin qəbulu planlaşdırılır.

Qeyd edək ki, Şavkat Mirziyoyev bundan əvvəl bu il iyulun əvvəlində Azərbaycana səfər edib.

Viktor_Orban Macarıstan Azərbaycan İlham_Əliyev Türk_Dövlətləri_Təşkilatı Zirvə_Toplantısı Qəbələ ikitərəfli_danışıqlar beynəlxalq_siyasi_görüş diplomatik_səfər xarici_əlaqələr dövlət_liderləri siyasi_toplantı
Seçilən
10
33
marja.az

10Mənbələr