AZ

Sabirabadda qapalı məkanda saxlanılan quşlar aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqçərçivəsində Sabirabad rayonunda fəaliyyət göstərən, fiziki şəxsPiriyev Zöhrab Mehman oğluna məxsus “İZ” ailəvi restoranında 2 baştovuzquşu, 3 baş qırqovul, 15 baş göyərçinin baytar nəzarətiolmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektinə quşların xüsusi mühafizəolunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavabverən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdətəmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariyatədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlaraəməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlərgörüləcəyi bildirilib.

Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşəmüəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması vənümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan vəquşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi vəbioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək vəqanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa,Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Sabirabadda
Sabirabadda
Sabirabadda
Məqalədə:
Seçilən
23
11
az.trend.az

10Mənbələr