Metronun “28 May” stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb.
News24.az xəbər verir ki, qərarın yaşlılar, uşaqlı qadınlar və səhhətində problem olan sərnişinlər üçün çətinlik yaratdığı qeyd olunub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb: “28 May” stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. “28 May”da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər”.
Ətraflı videomatrealda: (Barometr TV)