“Pravda”nın keçmiş direktoru intihar edib
“Pravda” nəşriyyatının keçmiş direktoru Vyaçeslav Leontyev Moskvada ehtimal ki, intihar edərək dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bunu TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.
"Leontyev dünən axşam saatlarında dünyasını dəyişib. İlkin məlumatlara görə, o, əsəb böhranından sonra intihar edib", - agentliyin mənbəsi qeyd edib.
Mənbənin sözlərinə görə, 87 yaşlı kişinin Leontyev Molodoqvardeyskaya küçəsindəki mənzilinin pəncərəsi yanında tapılıb. Hadisə baş verən yerdə digər kiriminal izlər aşkarlanmayıb.