AZ

Tərtərdə ölümlə nəticələnən AĞIR QƏZA

Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Hindarx-Borsunlu avtomobil yolunun İlxıçılar kəndidən keçən hissəsində qeydə alınıb.

Hafta.az xəbər verir ki, hadisə zamanı Goranboy rayon Qızılhacılı kənd sakini, 2001-ci il təvəllüdlü Eltun Müşviq oğlu Həsənovun idarə etdiyi KIA markalı avtomobillə Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Qamət Məmməd oğlu İsbəndiyarovun idarə etdiyi "QAZel" markalı yük avtomobili toqquşub.

İlkin məlumata görə, KIA markalı avtomobilin sürücüsü Eltun Həsənov hadisə yerində ölüb, yük avtomobilinin sürücüsü Qamət İsbəndiyarov ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
7
hafta.az

10Mənbələr