AZ

Kremldən Azərbaycana HƏYASIZ HÜCUM BAŞLANDI: qovaq, çıxaraq, DAĞIDAQ! – Fazil Mustafa CANLIda

Musavat.com xəbər verir ki, Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb. “The Duran” adlı verilişdə çıxış edən Kabanov açıq şəkildə bildirib ki, Rusiya artıq Azərbaycanı “düşmən dövlət” kimi tanımalı, ölkədəki azərbaycanlı diasporlarını dağıtmalı, hətta Azərbaycana aid bütün abidələri sökməlidir.

O, sərsəm və nifrət dolu çıxışında iddia edib ki, guya “Azərbaycan Ukraynaya qırıcı təyyarələr göndərir və orada rus əsgərlərini öldürür”:“Doğrudanmı, insanlar iqtisadiyyatdan daha az önəmlidir?” – deyə Kabanov etiraz edib.

Kabanov bununla da kifayətlənməyib, Rusiyadakı Azərbaycan diasporunu açıq şəkildə hədəfə alaraq “mədəniyyətlə məşğul olun, siyasətə qarışmayın, çünki onlar başqa dövlətlərin maraqlarını müdafiə edirlər” kimi ifadələrlə millətimizi aşağılayıb.

Bu açıqlama tək bir şəxsin emosional bəyanatı deyil – bu, Kreml ideoloqlarının planlı xəttidir. Kabanovun çıxışı, Rusiyanın daxilində getdikcə güclənən anti-Azərbaycan ritorikasının bir parçasıdır.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız millət vəkili Fazil Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
21
musavat.com

1Mənbələr