AZ

Sofiyada skandal: Erməni rəsmiləri soyundurdular Detallar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bolqarıstana səfər edən Ermənistanın Ani icmasının rəhbəri Arman Sarıbekyan və onu müşayiət edən nümayəndə heyəti Sofiyada yerləşən Vasil Leviski hava limanında çətin anlar yaşayıblar. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Məlumata görə, nümayəndə heyətini hava limanında Novi Pazar meri Corc Corciyev qarşılayıb. Onlara səfərin problemsiz keçəcəyini desə də, nümayəndə heyəti hava limanında nəzarətçilər tərəfindən saxlanılıb. Sərhəd polisi Sarıbekyan və digərlərini nəzarət otağına aparıb, onları soyunmağa məcbur ediblər. Daha sonra polis hər birini tək-tək yoxlayıb. Nümayəndə heyəti iki saatdan çox dindirmə otağında qalıb.

Maraqlıdır ki, bu müddətdə polisin tələblərini də ermənilərə çatdıran məhz Corciyev olub. Məlumata görə, axtarış müddətində nümayəndə heyətinin baqajı və Sofiyaya apardığı hədiyyələrə zərər dəyib. Polis onların miqrant hesab edildiyini və dərhal ölkəni tərk edərək Avstriyaya getməli olduqlarını söyləyib. Ermənilər polislə rus dilində danışmaq istəsələr də, onlara həmin dili anlamadıqları bildirilib. Sarıbekyan özü və digələrinin xüsusilə soyundurulmasına qəzəbləndiyini vurğulayıb və buna görə özlərini pis hiss etdiklərini deyib.

İrəvandan Sofiyaya uçan təyyarədəki ermənilərə miqrant kimi davranılmasının ilk hal olmadığı deyilir.

Ayşən Mustafa

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr