AZ

“Təhlükəsizlik qaydalarına əməl edin” Yol polisindən piyadalara müraciət

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yol polisi təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı piyadalara müraciət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumata görə, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin olunması və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə BDYPİ tərəfindən mütəmadi şəkildə nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Eyni zamanda, təəssüflə qeyd edilib ki, aparılan maarifləndirmə və təbliğat işlərinə, mediada və sosial şəbəkələrdə mütəmadi yayılan çağırışlara baxmayaraq, bəzi piyadalar hələ də təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşır. Belə laqeyd davranışlar bəzən onların özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyatı üçün faciəvi nəticələrə gətirib çıxarır.

“Aparılmış təhlillər göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyada zolaqlarının və ya yeraltı, yerüstü keçidlərin yaxınlığında, xüsusilə də sutkanın qaranlıq vaxtında baş verir. Bu isə təhlükəsizlik qaydalarına əməl olunmamasının nə qədər ciddi fəsadlar doğurduğunu bir daha təsdiqləyir. BDYPİ bir daha bütün piyadalara müraciət edərək onları yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etməklə keçməyə, svetofor siqnallarının tələblərinə ciddi əməl etməyə, telefon və digər yayındırıcı vasitələrdən istifadə etməməyə, azyaşlı uşaqlarla hərəkət zamanı xüsusi diqqətli olmağa çağırır. Unutmayaq ki, bir anlıq diqqətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı qaydalara əməl etməklə təkcə öz təhlükəsizliyini deyil, həm də başqalarının həyatını qoruyur”, - deyə müraciətdə qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
16
yeniavaz.com

10Mənbələr