GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tanınmış televiziya aparıcısı Somtoçukvu Kristel Maduaqvu faciəvi şəkildə ölüb.
Globalinfo.az xəbər verir ki, aparıcının işlədiyi “Arise News” xəbər kanalı məlumatı təsdiqləyib.
Bildirilib ki, dəhşətli hadisə Kristelin Nigeriyadakı mənzilində baş verib.
“29 yaşlı teleaparıcı evinə girən silahlı soyğunçulardan qaçmağa çalışarkən üçüncü mərtəbənin pəncərəsindən özünü atıb. Xəstəxanaya aparılan Maduaqvunu xilas etmək mümkün olmayıb”, – deyə qeyd edilib.
Faktla bağlı istintaq davam edir.
Günel Cəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.