AZ

İstismara verildiyi andan etibarən TAP vasitəsilə İtaliyaya ixrac olunan qazın ümumi həcmi açıqlandı

Bakı. Trend:

Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə kommersiyaistifadəsinə verildiyi vaxtdan (2020-ci il dekabrın 31) etibarənİtaliyaya 42,6 milyard kubmetr qaz nəql edilib.

Bu barədə TrendTAP konsorsiumunun məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, təkcə bu ilin üçüncü rübündə İtaliya TAPvasitəsilə 2,46 milyard kubmetr qaz alıb.

Kommersiya fəaliyyətinə başladığı vaxtdan bəri TAP Xəzərdənizindən Avropaya təhlükəsiz şəkildə 50 milyard kubmetr qaz nəqledib və 2024-cü ildə İtaliyanın qaz idxalının ümumi həcminin 16faizinə cavab verib.

Enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməkləyanaşı, TAP həmçinin qitənin, xüsusilə də Cənub-Şərqi Avropanınkarbonsuzlaşdırma prosesini dəstəkləyir və ardıcıl şəkildə özkarbon izini azaldır. 2024-cü ildə TAP 2021-ci il LDAR proqramınıngöstəriciləri ilə müqayisədə istixana qazı emissiyalarını 21 faiz,metan tullantılarını 55 faiz, sızmaları isə 81 faiz azaldıb.

Bundan əlavə, TAP Avropanın enerji keçidinə dəstək verməyə davamedəcək, hidrogen və biometan qarışıqlarının nəqlini təminedəcək.

2021-ci ildə keçirilmiş bazar testindən sonra işə salınan qazkəmərinin genişləndirilməsinin birinci mərhələsi 2026-cı ilinyanvar ayından etibarən daha 1,2 milyard kubmetr nəql gücü əlavəetməyə imkan verəcək. Hazırda aparılan yeni bazar testi isə bazarmarağı olduğu halda, gücün daha da artırılması üçün şərait yaradabilər.

Seçilən
13
az.trend.az

1Mənbələr