AZ

Qurd Dərəsi bağlarında hərbi sursatlar aşkar edilib (FOTO/VİDEO)

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhəri, Qurd Dərəsi bağları adlanan ərazidə hərbisursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi RiskliXilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupuhadisə yerinə cəlb edilib.

"Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 38 ədədVM-30 və 3 ədəd VM-45 artilleriya mərmilərinin partladıcılarıolduğu müəyyən edilib".

Qeyd edilib ki, sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləritərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərəkkənarlaşdırılıb.

"Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib",-qurumdan əlavə olunub.

Qurd
Qurd
Məqalədə:
Seçilən
3
18
az.trend.az

10Mənbələr