AZ

Bu, ABŞ-ın Rusiyaya müharibə elanıdır - Korotçenko

Amerikanın “Tomahavk” raketlərinin Ukraynaya verilməsi ABŞ və Böyük Britaniyanın Rusiyaya müharibə elan etməsinə bərabər olar.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko Amerikanın “Tomahavk” qanadlı raketlərinin Ukraynaya ötürülməsi imkanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyaya zərbələr Ukrayna ordusu tərəfindən deyil, amerikalılar və ingilislərdən ibarət birləşmələr tərəfindən həyata keçiriləcək:

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, müharibə üçün bəhanədir. Nəticə etibarı ilə Rusiya cavab verməli olacaq və təbii ki, təkcə Ukrayna ərazisinə deyil. Sistemlərimizin əksəriyyəti "Tomahavk" raketlərini ələ keçirə bilər, lakin bir neçə istiqamətdən kütləvi hücum ciddi problemlər yaradar”.

O vurğulayıb ki, bu məsələ yalnız bir yolla həll oluna bilər və bu, Amerika raketləri gələnə qədər edilməlidir - Ukraynada elektrik enerjisi kəsilməlidir:

“Biz Zelenski rejimini elektrik enerjisi və yanacaqdan məhrum etməliyik, o zaman diz çöküb Rusiyanın şərtləri ilə sülh sazişi imzalamaq üçün sürünərək gələcək”.
Seçilən
6
2
sherg.az

3Mənbələr